
Azərbaycanda un bazarında qiymətlər stabildir: Ən ucuz və ən bahalı növlər
Azərbaycanda 10 mart 2026-cı il tarixindən etibarən unun topdansatış qiymətləri açıqlanıb.
Fins.az xəbər verir ki, ölkədə 50 kq-lıq un kisələrinin qiyməti 26,1–28,6 manat intervalında dəyişir.
Ölkə üzrə ən ucuz un “Dəvəçi-Taxıl” MMC-yə aid 50 kq-lıq kisə üçün 26,10 manat, ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-də 28,60 manat təşkil edir. Qiymətlər əvvəlki göstərici ilə eyni səviyyədə qalıb.
10 mart 2026-cı il tarixindən unun topdansatış qiymətləri istehsalçılar üzrə:
ATS MILL MMC – 28,00 manat
Anadoluqida, AVETA, KARAT HOLDİNQ, Orxan UN MMC – 27,80 manat
Azeri-Arapoğlu U.S.və T.LTD BM – 28,60 manat
Bakı Taxıl Terminalı, Dəniz Un Sənayesi LTD, Karmen, Taxıl AQRO, Xırman, SKY AGRO, Sünbül 2012, Ağsu Taxıl, Avrora MMC, Nadir Quliyev adına Bakı-Taxıl ASC, PAK-NUR Firması, Səma fərdi firması – 27,70 manat
Dəvəçi-Dəyirman MMC – 26,50 manat
Dəvəçi-Taxıl MMC – 26,10 manat
Gəncə Dəyirman MMC – 28,00 manat
Nural, Osmanlı Taxıl MMC – 28,30 manat
Hazartürk LTD, SKY AGRO MMC – 27,50 manat
Qarabağ Un MMC – 27,40 manat
Avrora MMC – 27,60 manat
Sarı Sünbül, Ungrano MMC – 27,90 manat
Qeyd edək ki, topdansatış qiymətlərində sabitlik müşahidə olunur və bazara təqdim olunan un növlərinin qiymət intervalı əvvəlki göstəricilərdən fərqlənmir.