Azərbaycanda üç faydalı qazıntı yatağı hərraca çıxarılır

Azərbaycanda üç faydalı qazıntı yatağı hərraca çıxarılır

BİZNES
1,119

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yer təkindən istifadə ilə bağlı dekabrın 14-də keçiriləcək hərracda üç faydalı qazıntı yatağı satışa çıxarılacaq.

Bu barədə Dövlət Xidmətindən bildirilib.

Bunlar Ağdam rayonu “Qarqarçay” qum-çınqıl yatağı, Qaradağ rayonu “Gülbaxt” mişar daşı yatağı, Qaradağ rayonu “Vulkan” mişar daşı yataqlarıdır.

Başlanğıc qiyməti 1 660 - 45 684 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu dekabrın 7-də saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat, 31 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaqdır.

Hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10 % miqdarında beh məbləğini ödəmək istəyənlər Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20).

Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029. Çağrı mərkəzi: 195-1, tel: (012) 566-07-44

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda üç faydalı qazıntı yatağı hərraca çıxarılır — Fins.az — Fins.az