“Azərbaycanda tenderlər formaldır, qalibi əvvəldən məlumdur”

“Azərbaycanda tenderlər formaldır, qalibi əvvəldən məlumdur”

BİZNES
1,123

“Azərbaycanda təxminən 150 minə qədər kiçik və orta sahibkar var. Bunlara kömək etmək, məsləhət vermək bir dövlət orqanının görəcəyi iş deyil”.

“Fins.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib. 

O qeyd edib ki, Azərbaycanda qanunlar deklarativ xarakter daşımamalıdır, yəni nəzəri olmamalıdır: “Qanunların işləməsi üçün mexanizmlər hazırlanmalıdır. Biz mətbuatdan koprrupsiyaya ilə bağlı xəbərlər oxuyuruq. Korrupsiyanın azalması üçün mexanizmlər işlənməlidir. İkincisi, hamımız Azərbaycan reallığında yaşayırıq. Tenderlər Azərbaycanda formal xarakter daşıyır və tenderin qalibi əvvəldən məlumdur. Tenderlərin keçirilməsi üçün daha şəffaf mühit yaradılmalıdır. Biz sahibkarlara bununla dəstək ola bilərik. 

Bunu bir misal kimi çəkdim. Yəni mexanizmlər işlənib hazırlanmasa, KOBİA necə ucuz çıxışı sahibkarlar üçün təşkil edəcək? Azərbaycanda ictimai münasibətlər sistemi Qərb reallıqlarına cavab vermir. Amma bizim qanunları Qərb reallıqlarına uyğunlaşdırırlar. Ona görə də deyirlər ki, icra olunan pis qanun daha yaxşıdır, nəinki icra olunmayan yaxşı qanun. Ölkədə hüquq mədəniyyəti ilə bağlı əks-effekt olur. Ona görə də bundan sonra biz qanun qəbul edəndə mövcud reallıqları nəzərə almalıyıq”. 

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın tenderlərlə bağlı mövqeyini dəstkləmədiyini bildirib və vurğulayıb ki, tenderlərlə bağlı qanun-qayda var. 

(c)Qafqazinfo

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Azərbaycanda tenderlər formaldır, qalibi əvvəldən məlumdur” — Fins.az — Fins.az