Azərbaycanda su enerjisi istehsalı 17,9% artıb

Azərbaycanda su enerjisi istehsalı 17,9% artıb

BİZNES
320

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda su enerjisi ilə işləyən stansiyalar 1,843 milyard kVt-saat elektrik enerjisi istehsal edib.

Finss.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 279,7 milyon kVt-saat və ya 17,9% artım deməkdir.

Qeyd olunur ki, 2025-ci ilin yanvar-iyun aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 736,7 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Eyni zamanda, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal həcmi 312,9 milyon manat təşkil edib.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda su enerjisi istehsalı 17,9% artıb — Fins.az — Fins.az