Azərbaycanda sənaye sahəsində əsas kapitala yatırımlar 30,7% artıb

Azərbaycanda sənaye sahəsində əsas kapitala yatırımlar 30,7% artıb

BİZNES
342

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 1,195 milyard manat təşkil edib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 30,7% çoxdur. Sənaye sektoruna yatırılan investisiyaların yekunda xüsusi çəkisi 49,1% olub.

Dövr ərzində mədənçıxarma sənayesinə 944 milyon manat (52,5% çox), emal sənayesinə 129,1 milyon manat (2,1 dəfə çox), elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatına 95 milyon manat (57,8% az), su təchizatı və tullantıların emalına isə 27,4 milyon manat (3,3 dəfə çox) investisiya yönəldilib.

2026-cı ilin yanvar-fevralında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş sərmayə 2 milyard 436,4 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 19,4% çoxdur. Neft-qaz sektoruna yatırımlar 51,4%, qeyri-neft-qaz sektoruna yönəldilmiş sərmayələr isə 5,1% artıb.

Ümumi sərmayənin 1 milyard 434,0 milyon manatı (58,9%) məhsul istehsalı sahələrinə, 794,7 milyon manatı (32,6%) xidmət sahələrinə, 207,7 milyon manatı (8,5%) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Sərmayənin 28,9%-i dövlət, 71,1%-i qeyridövlət sektorunun payına düşüb.

Sərmayə qoyuluşunun 53,3%-i tikinti-quraşdırma işlərinə yönəldilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyalar ümumi sərmayənin 73,1%-ni təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda sənaye sahəsində əsas kapitala yatırımlar 30,7% artıb — Fins.az — Fins.az