Azərbaycanda sənaye istehsalı artaraq 9,3 milyard manata çatıb

Azərbaycanda sənaye istehsalı artaraq 9,3 milyard manata çatıb

BİZNES
205

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 9,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə sənaye istehsalı real ifadədə 0,5 faiz artıb. Bu dövrdə neft-qaz sektorunda məhsul istehsalı 0,8 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 7,4 faiz artım qeydə alınıb.

Qeyd olunub ki, sənaye məhsulunun 56,2 faizi mədənçıxarma sektorunun, 35,5 faizi emal sektorunun, 7,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunun payına düşüb.

Hesabat dövründə emal sənayesində daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı, elektrik avadanlıqlarının istehsalı, əczaçılıq məhsullarının istehsalı, həmçinin maşın və avadanlıqların quraşdırılması və təmiri sahələrində müşahidə olunub.

Statistikaya əsasən, emal sektorunda əczaçılıq məhsullarının istehsalı 47,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,7 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 47,6 faiz, elektrik avadanlıqlarının istehsalı 48,9 faiz artıb. Bununla yanaşı, tikinti materiallarının istehsalı 28,7 faiz, tütün məmulatlarının istehsalı 25,7 faiz, poliqrafiya məhsullarının istehsalı 26,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 23,7 faiz, geyim istehsalı 0,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı isə 1,9 faiz yüksəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda sənaye istehsalı artaraq 9,3 milyard manata çatıb — Fins.az — Fins.az