Azərbaycanda sənaye istehsalı 27,5 milyard manatı ötüb

Azərbaycanda sənaye istehsalı 27,5 milyard manatı ötüb

BİZNES
221

2026-cı ilin yanvar-may ayları ərzində Azərbaycanın sənaye müəssisələri və bu sektorda fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 27,524 milyard manat dəyərində sənaye məhsulu istehsal edilib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin dərc etdiyi “Ölkənin 2026-cı ilin yanvar-may ayları üzrə sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri” hesabatında bildirilib.

Məlumata görə, sənaye istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0,2% artıb.

Hesabat dövründə qeyri-neft və qaz sənayesində istehsalın dəyəri 8,956 milyard manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 5,8% artım deməkdir.

Qeyd edək ki, cari ilin yanvar-may aylarında Azərbaycanda 51,784 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu dövrdə ölkə iqtisadiyyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0,2% artım göstərib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər 1% azalaraq 16,125 milyard manata enib. Qeyri-neft-qaz sektorunda isə əlavə dəyər 0,4% artaraq 35,658 milyard manata çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda sənaye istehsalı 27,5 milyard manatı ötüb — Fins.az — Fins.az