Azərbaycanda seçkilərin keçirilməsi və statistika tədbirləri xərcləri 53% artırılır

Azərbaycanda seçkilərin keçirilməsi və statistika tədbirləri xərcləri 53% artırılır

BİZNES
779

Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsində seçkilərin keçirilməsi və statistika tədbirləri xərcləri ilə bağlı proqnoz 46 milyon 730.2 min manata kimi artırılır.

Fins.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı məlumatında yer alıb.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 53% və ya 16 milyon 199.2 min manat çoxdur.

Qeyd edək ki, 2023-cü ilin təsdiq edilmiş dövlət büdcəsində seçkilərin keçirilməsi və statistika tədbirləri xərcləri 30 milyon 531 min manat proqnozlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda seçkilərin keçirilməsi və statistika tədbirləri xərcləri 53% artırılır — Fins.az — Fins.az