Azərbaycanda qızılın qiyməti bahalaşıb

Azərbaycanda qızılın qiyməti bahalaşıb

BİZNES
2,074

Fins.az - Azərbaycanda pərakəndə bazarda qızılın bütün əyarları üzrə qiymətlər artıb. Azərbaycan Zərgərlər Assosiasiyasının nümayəndəsi Rövşən Əmircanovun sözlərinə görə, qlobal bazarda qızılın bahalaşması daxili bazara da təsir edir. Hazırda 585 əyarlı qızılın qramı 200–240 manat, 750 əyarlı qızıl 260–300 manat, 999,9 əyarlı qızıl isə 300–340 manat aralığında satılır. Ekspert bildirib ki, qlobal iqtisadi qeyri-müəyyənlik fonunda ölkədə qiymətli metallara maraq artır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda qızılın qiyməti bahalaşıb — Fins.az — Fins.az