Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 25,4% ARTIB

Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 25,4% ARTIB

BİZNES
369

2021-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 907,6 milyon ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə “İxrac icmalı”nın iyun sayında məlumat verilib. 

Məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 184 milyon ABŞ dolları və ya 25,4 faiz artıb.

2021-cu ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  pambıq mahlıcı (108,6 milyon ABŞ dolları)  birinci olub. Bu siyahıda qızıl   ikinci (87,4 milyon ABŞ dolları), pomidor (tomat) isə üçüncü (87 milyon ABŞ dolları) yerdə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 25,4% ARTIB — Fins.az — Fins.az