Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

BİZNES
626

2026-cı ilin yanvar-fevral ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 3 milyard manatdan çox vəsait daxil olub. Bu göstərici proqnozdan 79,4 milyon manat artıqdır.

Fins.az bu barədə dövlət xidmətinə istinadən xəbər verir ki, qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 2 milyard 286,5 milyon manatdan çox təşkil edib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 172,4 milyon manat və ya 8,2 % artım deməkdir və proqnozdan 69,6 milyon manat çoxdur.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 19,8 milyon manatdan çox olub, proqnozdan əlavə 20,8 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 706,1 milyon manatı ötüb.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 37,3 milyon manata yaxın olub, proqnozdan əlavə 1,5 milyon manat əlavə vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 29,9 milyon manatı keçib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 163,3 milyon manatdan çox təşkil edib, proqnozdan əlavə 5,5 milyon manat ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 115,7 milyon manata yaxın olub.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb — Fins.az — Fins.az