Azərbaycanda qeyri-ərzaq malları üzrə satış 4,6 milyard manat olub

Azərbaycanda qeyri-ərzaq malları üzrə satış 4,6 milyard manat olub

BİZNES
192

Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara ümumilikdə 10,1 milyard manatlıq məhsul satılıb. Bu göstəricinin 5,5 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 4,6 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

Dövlət Statistika Komitəsinin məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6% artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satış 1,2%, qeyri-ərzaq malları üzrə isə 6,5% yüksəlib.

Hesabat dövründə alıcıların pərakəndə şəbəkədə xərclədiyi vəsaitin pay bölgüsü belə olub: 49,4%-i ərzaq məhsullarına, 5%-i içkilər və tütün məmulatlarına, 14,6%-i toxuculuq məhsulları, geyim və ayaqqabılara, 5,8%-i avtomobil benzini və dizel yanacağına, 4,6%-i elektrik malları və mebellərə, 2,9%-i əczaçılıq məhsulları və tibbi ləvazimatlara, 1,6%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına, 16,1%-i isə digər qeyri-ərzaq mallarına sərf olunub.

Hesabat dövründə əhalinin bir nəfəri pərakəndə ticarət şəbəkəsində orta hesabla ayda 491,5 manatlıq alış edib. Bunun 267,1 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 224,4 manatı isə qeyri-ərzaq mallarına sərf olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda qeyri-ərzaq malları üzrə satış 4,6 milyard manat olub — Fins.az — Fins.az