
Azərbaycanda qənd və şəkər tozu istehsalı kəskin azalıb
2020-ci ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən Azərbaycanda qənd və şəkər tozu istehsalı 56.2% azalıb.
Fins.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ilk 2 ayda 24,5 min ton qənd və şəkər tozu istehsal edilib.
2019-cu ilin yanvar-fevral aylarında ölkəmizdə 56,1 min ton qənd və şəkər tozu istehsal edilmişdi. İstehsal əvvəlki ilin müvafiq dövrünə nisbətən 12 dəfə artmışdı.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2020-ci ilin ilk 2 ayı ərzində Azərbaycandan 2 milyon 52 min dollar dəyərində 5 min 62 ton şəkər ixrac edilib.
Marja