Azərbaycanda qaz ixracı və xarici ticarət göstəriciləri açıqlanıb

Azərbaycanda qaz ixracı və xarici ticarət göstəriciləri açıqlanıb

BİZNES
218

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycan ümumilikdə 2,536 milyard ABŞ dolları dəyərində 8,416 milyard kubmetr təbii qaz ixrac edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 53 milyon ABŞ dolları və ya 17,3 faiz azalıb, həcm baxımından isə 256 milyon kubmetr və ya 3,1 faiz artıb.

Məlumata görə, cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon dollar və ya 2,9 faiz artım deməkdir.

Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 11,9 milyard dollar ixracın, 5,5 milyard dollar isə idxalın payına düşüb. Son bir ildə ixrac 3,1 milyard dollar və ya 35,2 faiz artdığı halda, idxal 2,6 milyard dollar və ya 32,1 faiz azalıb.

Nəticədə xarici ticarətdə 6,354 milyard dollar həcmində müsbət saldo formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 milyard dollar və ya 9,7 dəfə artım nümayiş etdirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda qaz ixracı və xarici ticarət göstəriciləri açıqlanıb — Fins.az — Fins.az