Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb

BİZNES
308

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara ümumilikdə 15 milyard 927,3 milyon manatlıq mal satılıb. Satışların 8 milyard 774,9 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 7 milyard 152,4 milyon manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz artıb. Müvafiq göstərici ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə isə 6,6 faiz yüksəlib.

Hesabat dövründə istehlak xərclərinin strukturunda da fərqli pay bölgüsü qeydə alınıb. Belə ki, xərclərin 50,4 faizi ərzaq məhsullarına, 4,7 faizi içkilər və tütün məmulatlarına, 14,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabılara yönəlib. Eyni zamanda 6,0 faizi avtomobil benzini və dizel yanacağına, 4,5 faizi elektrik malları və mebellərə, 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlara, 1,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına, 15,5 faizi isə digər qeyri-ərzaq mallarına sərf olunub.

Statistikaya əsasən, 2026-cı ilin ilk üç ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 517,2 manatlıq alış-veriş edib. Bunun 284,9 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 232,3 manatı isə qeyri-ərzaq mallarına yönəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb — Fins.az — Fins.az