
Azərbaycanda oğurluq troyanlarından 23000-dən çox kiberhücum qeydə alınıb
2022-ci ildə Kaspersky həlləri tərəfindən Azərbaycanda oğurluq troyanlarından (stealer) istifadə etməklə həyata keçirilən 23000-dən çox hücum qeydə alınıb
"Fins.az" xəbər verir ki, bunlar müxtəlif xidmətlərdəki hesablardan login və şifrələri oğurlayan zərərli proqramlardır. Onların arasında bank və oyun hesabları, messencerlərdəki hesablar, sosial şəbəkələr, proqramlar və brauzerlərdə saxlanılan şifrələr var.
Bildilir ki, zərərli troyanlar lazımi məlumatları gizli məlumatları saxlayan sistem fayllarında və ya reyestrdə axtarırlar. Sonra onları təcavüzkarlara göndərirlər. Bu təhdid Telegram kanallarının müəllifləri və bloggerlər üçün də aktualdır.
Qeyd olunur ki, brauzerlərdən və masaüstü messencerlərdən şifrə və hesab məlumatlarını oğurlamaq üçün ən çox yayılmış troyanlardan biri RedLine-dir. O, Telegram hesabından və bir sıra VPN proqramlarından, Discord tokenlərindən, kripto pul kisələrindən hesab məlumatlarını, həmçinin brauzerlərdə saxlanılan şifrə və kukiləri oğurlaya bilir.
RedLine-nın bazar qiymətinə toxunularaq bildirilir ki, bundan əlavə, oğurluq troyanı üçüncü tərəf proqramlarını sistemə yükləyə və işə sala, cmd.exe (Windows əmr xətti faylı) daxilində əmrləri yerinə yetirə və brauzerdə linkləri aça bilər. O, müxtəlif yollarla, o cümlədən zərərli spam göndərişləri və üçüncü tərəf yükləyiciləri vasitəsilə yayılır. RedLine neçə yüz ABŞ dollarına qaranlıq şəbəkədə (darknet) satılır.