Azərbaycanda nəqliyyat dəhlizlərində yük daşımalarının həcmi açıqlanıb

Azərbaycanda nəqliyyat dəhlizlərində yük daşımalarının həcmi açıqlanıb

BİZNES
380

2026-cı ilin yanvar–fevral aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində müxtəlif nəqliyyat növləri üzrə yük daşımalarında fərqli dinamika müşahidə olunub.

Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, dəmir yolu nəqliyyatı ilə ümumilikdə 2 milyon 14,4 min ton yük daşınıb. Bu göstərici nəqliyyat dəhlizlərinin ümumi strukturunda 43,5% paya malik olub və ötən ilin eyni dövrü ilə müqayisədə 20,2% azalma ilə qeydə alınıb. Müqayisə üçün, 2025-ci ilin yanvar–fevral aylarında bu rəqəm 2 milyon 525,2 min ton təşkil edib.

Dəniz nəqliyyatında da azalma qeydə alınıb. Hesabat dövründə 811,2 min ton yük daşınıb və bu, ümumi strukturda 17,5% pay təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə 30,6% azalma müşahidə olunub. 2025-ci ilin müvafiq dövründə dəniz nəqliyyatı ilə 1 milyon 169,2 min ton yük daşınmışdı.

Bunun əksinə olaraq, avtomobil nəqliyyatı üzrə artım qeydə alınıb. Belə ki, 2026-cı ilin yanvar–fevral aylarında 1 milyon 808,8 min ton yük daşınıb və bu göstərici ümumi yük daşımalarında 39% paya malik olub. Bu da illik müqayisədə 10% artım deməkdir. 2025-ci ilin eyni dövründə avtomobil nəqliyyatı ilə 1 milyon 649 min ton yük daşınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda nəqliyyat dəhlizlərində yük daşımalarının həcmi açıqlanıb — Fins.az — Fins.az