Azərbaycanda nəqliyyat dəhlizlərində yük daşımaları açıqlanıb

Azərbaycanda nəqliyyat dəhlizlərində yük daşımaları açıqlanıb

BİZNES
199

2026-cı ilin yanvar–aprel aylarında Azərbaycan ərazisi üzrə nəqliyyat dəhlizlərində müxtəlif nəqliyyat növləri ilə ümumilikdə milyonlarla ton yük daşınıb.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 3 milyon 407 min ton, dəniz nəqliyyatı ilə 1 milyon 391,8 min ton, avtomobil nəqliyyatı ilə isə 2 milyon 705,2 min ton yük daşınıb.

Nəqliyyat dəhlizlərinin strukturunda dəmir yolu nəqliyyatı 45,4 faiz, dəniz nəqliyyatı 18,5 faiz, avtomobil nəqliyyatı isə 36,1 faiz paya malik olub.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə dəmir yolu ilə yük daşımaları 7,2 faiz, dəniz nəqliyyatı ilə daşımalar 21,1 faiz azalıb, avtomobil nəqliyyatı ilə yük daşımalarında isə 6 faiz artım qeydə alınıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar–aprel aylarında dəmir yolu ilə 3 milyon 672,1 min ton, dəniz nəqliyyatı ilə 1 milyon 763,9 min ton, avtomobil nəqliyyatı ilə isə 2 milyon 553 min ton yük daşınmışdı.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda nəqliyyat dəhlizlərində yük daşımaları açıqlanıb — Fins.az — Fins.az