Azərbaycanda neft və qaz hasilatı artıb – SOCAR göstəricilərini açıqlayıb

Azərbaycanda neft və qaz hasilatı artıb – SOCAR göstəricilərini açıqlayıb

BİZNES
252

2026-cı ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ümumilikdə 13 min metrə yaxın qazma işləri həyata keçirilib.

Fins.az SOCAR-a istinadən xəbər verir ki, hesabat dövründə SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 1,67 milyon ton neft, eləcə də 1,85 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə ümumi qaz hasilatı 0,4% artaraq 12,64 milyard kubmetr təşkil edib. Ümumilikdə Azərbaycanda 2026-cı ilin birinci rübü ərzində 6,63 milyon ton xam neft hasil edilib.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara 3,52 milyon ton neft ixrac olunub. Bu həcmlərə şirkətin öz hasilatı ilə yanaşı, ölkədə fəaliyyət göstərən beynəlxalq konsorsiumların payına düşən Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət nefti də daxildir.

Eyni dövrdə ölkə üzrə təbii qaz istehlakı 4,76 milyard kubmetr təşkil edib, qaz ixracı isə 6,9% artaraq 6,5 milyard kubmetrə yüksəlib.

SOCAR tərəfindən 2026-cı ilin birinci rübündə 1,45 milyon ton neft və 636 milyon kubmetr qaz emal edilib. Neft emalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% artım göstərib.

Şirkətin Azərbaycandakı müəssisələrində istehsal olunan 394 min tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda neft və qaz hasilatı artıb – SOCAR göstəricilərini açıqlayıb — Fins.az — Fins.az