
Azərbaycanda neft məhsulları istehsalında yanvar-fevral göstəriciləri açıqlanıb
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 383,2 min ton qazoyl (dizel yanacağı) istehsal olunub.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 74,1 min ton və ya 16,2% azdır. Ötən ilin yanvar-fevral ayında ölkədə 457,3 min ton dizel yanacağı istehsal edilmişdi.
Cari ilin yanvar–fevral aylarında Azərbaycanda neft məhsulları istehsalının ümumi həcmi 824,5 milyon manat təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18,4% azalma deməkdir.
İstehsal sahəsində digər göstəricilər belə olub:
Neft koksu istehsalı 9,8% artıb
Qazoyl (dizel yanacağı) istehsalı 16,2% azalıb
Neft bitumu istehsalı 15,9% azalıb
Ağ neft istehsalı 22,1% azalıb
Mazut istehsalı isə 70,4% azalıb
Hesabat dövrü nəticələri göstərir ki, ölkədə neft məhsulları istehsalında qarışıq dinamika müşahidə olunur: bəzi məhsulların istehsalı artsa da, qazoyl və mazut kimi əsas yanacaqların istehsalında ciddi azalma qeydə alınıb.