Azərbaycanda neft hasilatı azalıb – İlk 6 ayın rəqəmləri açıqlandı

Azərbaycanda neft hasilatı azalıb – İlk 6 ayın rəqəmləri açıqlandı

BİZNES
393

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 13,7 milyon ton neft (kondensatla birlikdə) hasil olunub.

Bu barədə Finss.az-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 milyon ton və ya 4,9% azdır. 2024-cü ilin ilk yarısında ölkədə 14,4 milyon ton neft hasil edilmişdi.

Cari ilin hasilatında əsas pay “Azəri-Çıraq-Günəşli” yatağının olub – 8 milyon ton. “Şahdəniz” yatağından 1,9 milyon ton kondensat, “Abşeron”dan isə 0,3 milyon ton kondensat hasil edilib. SOCAR üzrə ümumi hasilat (kondensatla birlikdə) 3,5 milyon ton təşkil edib.

Rəqəmlər hasilatda nisbətən azalma olduğunu göstərsə də, əsas yataqlardan hasilat davam etməkdədir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda neft hasilatı azalıb – İlk 6 ayın rəqəmləri açıqlandı — Fins.az — Fins.az