Azərbaycanda neft bitumu ixracı artıb

Azərbaycanda neft bitumu ixracı artıb

BİZNES
387

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan 1,061 milyon ABŞ dolları dəyərində 3,793 min ton neft bitumu ixrac olunub.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 478,4 min ABŞ dolları və ya 82 faiz, həcm baxımından isə 1,566 min ton və ya 70 faiz artım deməkdir.

Hesabat dövründə neft bitumunun Azərbaycanın ümumi ixracındakı payı 0,01 faiz təşkil edib.

Rəsmi statistikaya əsasən, cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon dollar və ya 2,9 faiz artım deməkdir.

Xarici ticarət dövriyyəsinin 11,9 milyard dolları ixracın, 5,5 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 35,2 faiz artdığı halda, idxal 32,1 faiz azalıb.

Nəticədə xarici ticarətdə 6,354 milyard dollar həcmində müsbət saldo formalaşıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 dəfə artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda neft bitumu ixracı artıb — Fins.az — Fins.az