Azərbaycanda mobil və sabit internetin sürəti iyunda artıb

Azərbaycanda mobil və sabit internetin sürəti iyunda artıb

BİZNES
310

Bu ilin iyun ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 33,64 Mbit/s təşkil edib.

Bu göstərici may ayı ilə müqayisədə 4,5% artıb.
Cari ilin iyununda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti may ayının göstəricisi ilə müqayisədə 0,3% artaraq 10,07 Mbit/s olub.

Qeyd edək ki, dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti müvafiq olaraq 31,01 Mbit/s və 8,66 Mbit/s təşkil edib. İyun ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 139 ölkə arasında 3 pillə irəliləyərək 58-ci yerdə qərarlaşıb.

Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə Norveç (126,96 Mbit/s), BƏƏ (120,37 Mbit/s) və Bolqarıstan (110,61 Mbit/s) daxil olub.
Reytinqə əsasən, bu ilin iyun ayında Azərbaycanda sabit genişzolaqlı internet trafikinin giriş sürəti 22,00 Mbit/s, çıxış sürəti isə 23,66 Mbit/s təşkil edib. May ayı ilə müqayisədə giriş sürəti 4,7%, çıxış sürəti isə 3% artıb.

Bu ilin iyun ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 182 ölkə arasında (may ayında olduğu kimi) 118-ci yerdə qərarlaşıb.

Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Çili – 213,73 Mbit/s, Sinqapur – 203,61 Mbit/s və Çin – 188,03 Mbit/s olub.
Bu ilin iyununda qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti isə müvafiq olaraq 66,25 Mbit/s və 28,56 Mbit/s təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda mobil və sabit internetin sürəti iyunda artıb — Fins.az — Fins.az