Azərbaycanda mis konsentratı istehsalı artıb

Azərbaycanda mis konsentratı istehsalı artıb

BİZNES
208

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda 3 767 ton mis konsentratı istehsal edilib.

Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 min ton və ya 7,1 dəfə artım deməkdir.

Hesabat dövrünün sonuna, yəni aprelin 1-nə sənaye müəssisələrinin anbarlarında 2 762 ton hazır mis konsentratı ehtiyatı mövcud olub.

Ümumilikdə, hesabat dövründə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 8,7 milyard manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% azalma deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda mis konsentratı istehsalı artıb — Fins.az — Fins.az