
Azərbaycanda könüllü sığorta bazarı 14 faizdən çox böyüyüb
Fins.az - Azərbaycanda 2026-cı ilin yanvar-mart aylarında könüllü sığorta növləri üzrə yığımlar artıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu dövrdə könüllü sığorta üzrə 352,277 milyon manat sığorta haqqı toplanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz çoxdur.
Hesabat dövründə ödənişlər də artaraq 180,319 milyon manat təşkil edib. Bu göstərici illik müqayisədə 34,5 faiz yüksəlib.
Beləliklə, bazarda hər 100 manat sığorta haqqına qarşılıq 51,2 manat ödəniş edilib. Bu göstərici ötən ilin eyni dövründə 43,5 manat idi.
Ümumilikdə isə ilin ilk üç ayında ölkədə fəaliyyət göstərən 16 sığorta şirkəti üzrə 417,753 milyon manat sığorta haqqı toplanıb ki, bu da illik müqayisədə 4,7 faiz artım deməkdir.