Azərbaycanda kərə yağı idxalına çəkilən xərc 82,7 milyon dollar olub

Azərbaycanda kərə yağı idxalına çəkilən xərc 82,7 milyon dollar olub

BİZNES
271

Fins.az – 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycana 13 min 165,12 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. İdxal olunan məhsulların statistik dəyəri 82 milyon 703,87 min ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasına əsasən, 2025-ci ilin ilk yarısında ölkəyə 13 min 554,9 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Həmin dövrdə idxalın statistik dəyəri 94 milyon 600,84 min ABŞ dolları olub.

Beləliklə, 2026-cı ilin ilk yarısında kərə yağı və digər süd yağlarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə fiziki həcmdə 389,78 ton və ya 2,9%, statistik dəyər ifadəsində isə 11 milyon 896,97 min ABŞ dolları və ya 12,6% azalıb.

Hesabat dövründə bir ton məhsula düşən orta statistik idxal dəyəri də aşağı düşüb. Belə ki, bu göstərici 6 min 979 ABŞ dollarından 6 min 282 ABŞ dollarına enib. Nəticədə orta statistik idxal dəyəri təxminən 10% azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda kərə yağı idxalına çəkilən xərc 82,7 milyon dollar olub — Fins.az — Fins.az