Azərbaycanda izolyasiya məhsulları istehsalı üzrə yeni müəssisə tikiləcək

Azərbaycanda izolyasiya məhsulları istehsalı üzrə yeni müəssisə tikiləcək

BİZNES
704

“Bərəkət-İ” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti statusu verilib.

Finss.az İZİA-nın məlumatına əsasən xəbər verir ki, şirkət tərəfindən Sənaye Parkının ərazisində tikinti və avtomobil sənayesində istifadə ediləcək izolyasiya məhsullarının istehsalı layihəsi həyata keçiriləcək. Cənubi Koreyanın qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisədə il ərzində 4,1 milyon m² izolyasiya məhsulu istehsal olunacaq.

İnvestisiya dəyəri 3,5 milyon manatdan çox olan layihə çərçivəsində 13 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur.

2026-cı ildə fəaliyyətə başlayacaq müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda izolyasiya məhsulları istehsalı üzrə yeni müəssisə tikiləcək — Fins.az — Fins.az