Azərbaycanda istehlakçı şikayətlərinin 30 %-i rəqəmsal sahə ilə bağlıdır

Azərbaycanda istehlakçı şikayətlərinin 30 %-i rəqəmsal sahə ilə bağlıdır

BİZNES
453

Azərbaycanda istehlakçı hüquqları ilə bağlı daxil olan müraciətlərin təxminən 30 %-i rəqəmsal sahədə yaranan münasibətlərlə bağlıdır.

Fins.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini Cəfər Babayev Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" forumunda bildirib.

C. Babayev qeyd edib ki, rəqəmsal bazarlar istehlakçılara yeni imkanlar yaratmaqla yanaşı, müəyyən risklər də formalaşdırır: "Bu risklər arasında ən geniş yayılan məsələlərdən biri rəqəmsal mühitdə baş verən dələduzluq halları, şəxsi məlumatlara qanunsuz müdaxilə və bunun nəticəsində həm istehlakçılara, həm də iqtisadiyyata vurulan zərərdir. 2020-ci ildən bu günə qədər aparılan təhlillər göstərir ki, agentliyə daxil olan müraciətlərin təxminən 30 %-i məhz rəqəmsal münasibətlərlə bağlıdır".

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda istehlakçı şikayətlərinin 30 %-i rəqəmsal sahə ilə bağlıdır — Fins.az — Fins.az