Azərbaycanda istehlak bazarı I rübdə təxminən 5% artıb

Azərbaycanda istehlak bazarı I rübdə təxminən 5% artıb

BİZNES
479

Fins.az - 2026-cı ilin yanvar–mart aylarında Azərbaycanda satılan malların və göstərilən xidmətlərin ümumi həcmi 20,4 milyard manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% artım deməkdir.

Ümumi dövriyyənin 78,1%-ni pərakəndə ticarət, 18,8%-ni əhaliyə göstərilən ödənişli xidmətlər, 3,1%-ni isə ictimai iaşə sahəsi təşkil edib.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılan məhsul və xidmətlərin dəyəri 4,3% artaraq 19,5 milyard manata çatıb. Bu məbləğin 43,8%-i fərdi sahibkarların payına düşüb.

Hesabat dövründə bir istehlakçının aylıq orta xərci 662,1 manat olub ki, bu da əvvəlki illə müqayisədə 59,8 manat çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...