Azərbaycanda informasiya və rabitə sektorunun gəliri 823,5 milyon manata çatıb

Azərbaycanda informasiya və rabitə sektorunun gəliri 823,5 milyon manata çatıb

BİZNES
556

Bu ilin birinci rübündə Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr əhaliyə 823,5 milyon manat dəyərində xidmət göstərib.

Bu barədə Finss.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,7% çoxdur.

Yanvar-mart aylarında göstərilmiş xidmətlərin 73%-ni əhali istehlak edib. Xidmətlərdən əldə edilən gəlirin 34,8%-i və ya 286,4 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda informasiya və rabitə sektorunun gəliri 823,5 milyon manata çatıb — Fins.az — Fins.az