
Azərbaycanda bu il 18,1 min ton mazut istehsal edilib
2026-cı ilin yanvar–aprel aylarında Azərbaycanda 18,1 min ton mazut istehsal edilib.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 37 min ton və ya 3 dəfə azalma deməkdir.
Cari ilin mayın 1-nə olan vəziyyətə görə ölkədə hazır mazut ehtiyatı 3,5 min ton təşkil edib.
Qeyd edilib ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində ümumi istehsalın dəyəri 1 milyard 950,3 milyon manat olub və bu, ötən ilin yanvar–aprel ayları ilə müqayisədə 0,3 faiz artım deməkdir.