Azərbaycanda icbari sığorta bazarı 28%-dən çox azalıb

Azərbaycanda icbari sığorta bazarı 28%-dən çox azalıb

BİZNES
467

Fins.az - Azərbaycanda 2026-cı ilin birinci rübündə icbari sığorta bazarında azalma qeydə alınıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu dövrdə icbari sığorta üzrə 65,5 milyon manat sığorta haqqı toplanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,2% azdır.

Bununla yanaşı, icbari sığorta üzrə ödənişlər 38,1 milyon manata yüksəlib və illik müqayisədə 27,4% artım göstərib.

Nəticədə, icbari sığorta segmentində hər 100 manat sığorta haqqına 58,2 manat ödəniş düşüb ki, bu göstərici ötən il 32,8 manat idi.

Ümumilikdə sığorta bazarında isə həm ümumi yığım, həm də ödənişlər artım nümayiş etdirib, lakin ödənişlərin artım tempi daha yüksək olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda icbari sığorta bazarı 28%-dən çox azalıb — Fins.az — Fins.az