
Azərbaycanda hazır qızıl və gümüş ehtiyatlarının həcmi açıqlanıb
2026-cı ilin yanvar–aprel aylarında Azərbaycanda 826 kiloqram qızıl hasil olunub.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, qızıl hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 200,3 kiloqram və ya 19,5 faiz azalıb.
Cari ilin may ayının 1-nə olan vəziyyətə görə, ölkədə hazır qızıl ehtiyatlarının həcmi 84,1 kiloqram təşkil edib.
Eyni dövrdə Azərbaycanda 1 305 kiloqram gümüş hasil olunub. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 67,2 kiloqram və ya 5 faiz azalma deməkdir.
Məlumata əsasən, mayın 1-nə olan vəziyyətə görə ölkədə hazır gümüş ehtiyatlarının həcmi 84,1 kiloqram təşkil edib.
Ümumilikdə, mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 12,5 milyard manat olub və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz azalma deməkdir.