
Azərbaycanda hava nəqliyyatının gəlirləri 3,5 milyard manatı ötüb
2025-ci ildə Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınmasından ümumilikdə 3 milyard 576,7 milyon manat gəlir əldə edilib.
Fins.az bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 5,5% azalma deməkdir.
Hesabat dövründə hava nəqliyyatı ilə yük daşımalarından əldə olunan gəlirlər 2,399 milyard manat təşkil edib və bu, illik müqayisədə 9,7% azalma ilə müşahidə olunub.
Eyni zamanda sərnişin daşımalarından əldə olunan gəlir 1,178 milyard manat olub ki, bu da 2024-cü illə müqayisədə 4,5% artım deməkdir.
2025-ci ildə Azərbaycanda hava nəqliyyatı ilə 397,2 min ton yük daşınıb və bu, 5,2% azalma deməkdir. Sərnişin daşımaları isə 4,162 milyon nəfər təşkil edib və 2,9% artım qeydə alınıb.