Azərbaycanda  əsas kapitala yönələn vəsait 2,1% AZALIB

Azərbaycanda  əsas kapitala yönələn vəsait 2,1% AZALIB

BİZNES
524

2020-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 11540,2 milyon manat məbləğində vəsait yönəldilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu  2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz az vəsait yönəldilib.

Məlumata görə,neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 11,7 faiz artmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,9 % azalmışdır. İstifadə olunmuş vəsaitin 7598,1 milyon manatı və ya 65,8 faizi məhsul istehsalı sahələrinə, 2884,6 milyon manatı (25,0 faizi) xidmət sahələrinə, 1057,5 milyon manatı (9,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7390,1 milyon manatını və ya 64,0 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7281,6 milyon manatı və ya 63,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda  əsas kapitala yönələn vəsait 2,1% AZALIB — Fins.az — Fins.az