Azərbaycanda ən çox qadın sahibkar hansı rayondadır?- RƏSMİ

Azərbaycanda ən çox qadın sahibkar hansı rayondadır?- RƏSMİ

BİZNES
1,485

Azərbaycanda qadın sahibkarlığının ən çox inkişaf etdiyi rayonlarla bağlı araşdırma aparılıb. 

"Fins.az" xəbər verir ki,Bakı Araşdırmalar İnstitutu (BAİ) Dövlət Statistika Komitəsinin təqdim etdiyi göstəricilər əsasında araşdırmanın nəticələrini açıqlayıb. 

Məlumata görə ölkə üzrə qadın sahibkarlığının inkişafı ilə bağlı orta göstərici 21,4% təşkil edir.Qadın sahibkarlığın inkişafına görə ən aşağı göstərici 12.1% -lə Şuşa şəhərində qeydə alınıb. Ən yüksək göstərici isə 28.4% Şəmkir rayonunda olub. 

Sahibkarlıq fəaliyyəti göstərən qadınların 38.1%-i kənd təsərüfatı meşə təsərüfatı və balıqçılıq sahəsində fəaliyyətini qurub. Ölkəmizdə sahibkarlıqla məşğul olan qadınların 20.3% -i ticarət, 5.9%-i ev təsərüfatı, 3.5%-i peşə elmi və texniki, 3.3%-i inzibati və yardımçı xidmətlər göstərilməsi, 3.2%-i təhsil, 2.8% turistlərin yerləşdirilməsi və ictimai iaşə ,1.8% daşınmaz əmlakla bağlı əməliyyatlar, 1.7%-i emal sənayesi, 1%- isə informasiya və rabitə sahəsində fəaliyyət göstərir.

  

Müəllif: Aynur Qəniyeva

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda ən çox qadın sahibkar hansı rayondadır?- RƏSMİ — Fins.az — Fins.az