Azərbaycanda elektron satınalmalar üzrə qənaət 63,8 % artıb

Azərbaycanda elektron satınalmalar üzrə qənaət 63,8 % artıb

BİZNES
323

Bu ilin 1-ci rübündə Azərbaycanda elektron satınalmalar nəticəsində dövlət büdcəsinə əhəmiyyətli qənaət əldə olunub.

Fins.az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Məlumata əsasən, yanvar-mart aylarında elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 44,6 milyon manat və ya 63,8 % artaraq 114,5 milyon manat təşkil edib.

Hesabat dövründə elektron satınalmalar nəticəsində əldə edilən qənaətin ehtimal olunan qiymətdə xüsusi çəkisi 16,7 % olub.

Qeyd olunub ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz bəndi artıb və həyata keçirilən tədbirlərin effektivliyini əks etdirir.

Bildirilib ki, dövlət satınalmalarında əldə olunan qənaət maliyyə resurslarının daha səmərəli planlaşdırılması və dövlət xərclərinin məqsədyönlü istifadəsi baxımından mühüm göstərici hesab olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...