
Azərbaycanda elektron satınalma həcmi 571,3 milyon manata çatıb
2026-cı ilin yanvar–mart ayları ərzində Azərbaycanda keçirilmiş elektron satınalmaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə artım nümayiş etdirib.
Fins.az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən məlumat verilib.
Məlumata əsasən, hesabat dövründə elektron satınalmaların sayı 3,8% artaraq 1130 vahid, ümumi məbləği isə 9,4% artaraq 571,3 milyon manat təşkil edib.
Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 1089 satınalma və 522 milyon manat olub.
Hesabat dövrü ərzində açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,9 təşkil edib.
Məlumatda qeyd olunur ki, dövlət satınalmalarının rəqəmsallaşdırılması sahibkarlıq subyektlərinin satınalma proseslərinə daha asan çıxışını təmin edir və bazarda rəqabətliliyi artırır.