Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalına yönəldilmiş investisiyaların dəyəri 4,4 dəfə artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalına yönəldilmiş investisiyaların dəyəri 4,4 dəfə artıb

BİZNES
377

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsinə əsas kapitala 861,4 milyon manat investisiya yönəldilib.

Finss.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 664,6 milyon manat və ya 4,4 dəfə artım deməkdir.

Həmin sahədə əsas kapitala yatırılan investisiyaların ümumi investisiyalar içində xüsusi çəkisi 10,7% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial inkişafı üçün ümumilikdə 8,073 milyard manat əsas kapitala yönəldilib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,5% azdır. Neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 23,8% azalarkən, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar 13,5% artıb.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalına yönəldilmiş investisiyaların dəyəri 4,4 dəfə artıb — Fins.az — Fins.az