Azərbaycanda elektrik enerjisi istehsalının həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi istehsalının həcmi açıqlanıb

BİZNES
179

Bu ilin yanvar–aprel aylarında Azərbaycanda 8 milyard 527,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 262,2 milyon kilovat-saat və ya 3 faiz azalma deməkdir.

Eyni zamanda istehsal olunmuş elektrik enerjisinin 8 milyard 273,6 milyon kilovat-saatı əmtəəlik elektrik enerjisinin payına düşüb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 211,8 milyon kilovat-saat və ya 2,5 faiz azdır.

Qeyd edilib ki, 2026-cı ilin yanvar–aprel aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda ümumilikdə 1 milyard 322,7 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Eyni dövrdə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunan məhsulların həcmi 201 milyon manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda elektrik enerjisi istehsalının həcmi açıqlanıb — Fins.az — Fins.az