
Azərbaycanda elektrik enerjisi istehsalı azalıb
2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda 6,541 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.
Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 203,2 milyon kilovat-saat və ya 3% azalma deməkdir.
İstehsal olunan elektrik enerjisinin 6,343 milyard kilovat-saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 166 milyon kilovat-saat və ya 2,5% azalma təşkil edir.
Enerji sektorunun ümumi göstəricilərinə görə, 2026-cı ilin ilk üç ayında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 1 milyard 26,6 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Eyni dövrdə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal həcmi 141,9 milyon manat təşkil edib.