
Azərbaycanda əhalinin nominal gəlirləri artıb
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda əhalinin nominal gəlirləri artım nümayiş etdirib.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin yanvar-aprel dövründə əhalinin nominal gəlirləri 28 702,4 milyon manat təşkil edib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 % artım deməkdir.