
Azərbaycanda əhalinin bank əmanətləri bir ildə 18,2 faiz artıb
Fins.az - İyunun 1-nə Azərbaycanda bankların ümumi depozit portfeli 42 milyard 232,8 milyon manat təşkil edib.
Mərkəzi Bankın məlumatına görə, bu göstərici əvvəlki ayla müqayisədə 2,2 faiz, ilin əvvəlindən 1,2 faiz artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə ümumi depozit portfeli 2,3 faiz azalıb.
Depozit portfelinin 20 milyard 35,4 milyon manatı və ya 47,4 faizi qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu kateqoriya üzrə depozitlər son bir ildə 19,3 faiz azalıb.
Əhalinin banklardakı əmanətləri isə 18,2 faiz artaraq 17 milyard 799,8 milyon manata çatıb.
Maliyyə təşkilatlarının depozitləri də illik müqayisədə 33,1 faiz artaraq 4 milyard 397,6 milyon manat təşkil edib.