Azərbaycanda e-imza sertifikatının onlayn sifarişi mümkün oldu-QAYDA

Azərbaycanda e-imza sertifikatının onlayn sifarişi mümkün oldu-QAYDA

BİZNES
856

Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə təlimatına əsasən koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə elektron imza (e-imza) sertifikatının sifarişi onlayn şəkildə təşkil olunub.

Milli Sertifikat Xidmətləri Mərkəzindən bildirilib ki, elektron imza sertifikatlarını //e-imza.az saytındakı mövcud olan "Elektron müraciət" bölməsindən sifariş etmək olar.

Sifarişçi onlayn qaydada sifariş etdiyi e-imza sertifikatını, ərizəsində göstərilən yaşadığı yerə yaxın olan, "Azərpoçt"un poçt filiallarındakı qeydiyyat mərkəzlərindən əldə edə bilər.

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda e-imza sertifikatının onlayn sifarişi mümkün oldu-QAYDA — Fins.az — Fins.az