Azərbaycanda dövlət torpaqlarının icarə haqqı 50%-dək azaldılır

Azərbaycanda dövlət torpaqlarının icarə haqqı 50%-dək azaldılır

BİZNES
249

Azərbaycanda dövlət torpaqlarının icarə haqqının 50%-dək azaldılması nəzərdə tutulur.

Fins.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti-nin dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdir müavini Ehtiram Babayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni qərara əsasən torpaq sahəsinin ölçüsü artdıqca daha aşağı əmsallar tətbiq ediləcək və bu da icarə haqqının 50%-ə qədər azalmasına səbəb olacaq.

Yeni əmsallar necə olacaq?

Qaydalar belə müəyyən edilir:

  • 5 000 kvadratmetrə qədər – 1 əmsal

  • 5 001–10 000 kvadratmetr – 0,8 əmsal

  • 10 001–50 000 kvadratmetr – 0,7 əmsal

  • 50 001 kvadratmetrdən çox – 0,5 əmsal

Bu dəyişikliklər Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə icarəyə verilən torpaq sahələrinə, eləcə də özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaqlara şamil ediləcək.

Ehtiram Babayev bildirib ki, əvvəlki qaydalara əsasən Bakı şəhərində torpaq icarəsi bazar dəyərinin 3%-i, regionlarda isə 2%-i səviyyəsində hesablanırdı. Yeni sistemdə bu yanaşma saxlanılsa da, əlavə olaraq sahənin ölçüsünə görə azaldıcı əmsallar tətbiq olunacaq.

Qərarın əsas məqsədi iri torpaq sahələrinin icarəyə verilməsini stimullaşdırmaq və istifadə olunmayan torpaqların iqtisadi dövriyyəyə cəlb edilməsini təmin etməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda dövlət torpaqlarının icarə haqqı 50%-dək azaldılır — Fins.az — Fins.az