Azərbaycanda dərman və tibbi ləvazimat satışları 25,9% artıb

Azərbaycanda dərman və tibbi ləvazimat satışları 25,9% artıb

BİZNES
365

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 289,7 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Məlumata əsasən, əczaçılıq məhsullarının satışı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25,9 faiz artıb.

Qeyd olunub ki, hesabat dövründə ümumilikdə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 10,1 milyard manatlıq məhsul satılıb. Bunun 5,5 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 4,6 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6 faiz artıb. Bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artım 1,2 faiz, qeyri-ərzaq malları üzrə isə 6,5 faiz təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda dərman və tibbi ləvazimat satışları 25,9% artıb — Fins.az — Fins.az