Azərbaycanda dəmir yolu nəqliyyatında yük dövriyyəsinin dəyəri artıb

Azərbaycanda dəmir yolu nəqliyyatında yük dövriyyəsinin dəyəri artıb

BİZNES
215

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı vasitələri ilə 1,052 milyard ABŞ dolları dəyərində 2,213 milyon ton yük daşınıb.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 57,7 milyon ABŞ dolları və ya 5,8% artıb, fiziki həcm baxımından isə 123,3 min ton və ya 5,3% azalıb.

Hesabat dövründə Azərbaycandan dəmir yolu nəqliyyatı ilə 361 milyon ABŞ dolları dəyərində təxminən 763 min ton yük ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 117,9 milyon ABŞ dolları və ya 48,5% artım, həcm baxımından isə 17,2 min ton və ya 2,2% azalma deməkdir.

Eyni zamanda, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana dəmir yolu nəqliyyatı ilə 690,7 milyon ABŞ dolları dəyərində 1,450 milyon ton yük idxal edilib. Bu göstərici illik müqayisədə dəyər ifadəsində 60,2 milyon ABŞ dolları və ya 8%, həcm ifadəsində isə 106,2 min ton və ya 6,8% azalıb.

Qeyd edək ki, cari ilin ilk dörd ayında Azərbaycanda bütün nəqliyyat vasitələri üzrə ümumilikdə 17,403 milyard ABŞ dolları dəyərində 18,720 milyon ton yük daşınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 485,7 milyon ABŞ dolları və ya 2,9% artıb, həcm baxımından isə 862,2 min ton və ya 4,4% azalıb.

Hesabat dövründə ölkədən ümumilikdə 11,879 milyard ABŞ dolları dəyərində 15,726 milyon ton yük ixrac olunub. Bu, illik müqayisədə dəyər baxımından 3,1 milyard ABŞ dolları və ya 35,2% artım, həcm baxımından isə 0,5% azalma deməkdir.

Bununla yanaşı, yanvar-aprel aylarında Azərbaycana ümumilikdə 5,525 milyard ABŞ dolları dəyərində 2,995 milyon ton yük idxal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,6 milyard ABŞ dolları və ya 32,1%, həcm baxımından isə 788,6 min ton və ya 20,8% azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda dəmir yolu nəqliyyatında yük dövriyyəsinin dəyəri artıb — Fins.az — Fins.az