Azərbaycanda daşınmaz əmlak qeydiyyatı artıb

Azərbaycanda daşınmaz əmlak qeydiyyatı artıb

BİZNES
312

Bu ilin yanvar-aprel ayları ərzində ümumilikdə 115.613 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüquqlarının 21.584-ü və ya 18,7 faizi ilkin, 94.029-u və ya 81,3 faizi isə təkrar qeydiyyatın payına düşüb.

Statistikaya əsasən, fərdi yaşayış və bağ evləri üzrə 24.821, mənzillər üzrə 28.300, torpaq sahələri üzrə 58.093, qeyri-yaşayış binaları üzrə 1.072, qeyri-yaşayış sahələri üzrə 3.096, əmlak kompleksi üzrə 196 və çoxmərtəbəli yaşayış binaları üzrə 35 mülkiyyət hüququ qeydə alınıb.

Məlumata görə, qeydiyyata alınan hüquqların 31.544-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşüb.

Eyni zamanda bu dövrdə 80.383 texniki pasport tərtib edilib, 19.566 ipoteka müqaviləsi isə dövlət qeydiyyatına alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda daşınmaz əmlak qeydiyyatı artıb — Fins.az — Fins.az