
Azərbaycanda daşınmaz əmlak alanlara 14,1 milyon manat ƏDV geri ödənilib
Fins.az - 2026-cı ilin yanvar–may aylarında Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alan fiziki şəxslərə ümumilikdə 14 milyon 175 min manat ƏDV geri qaytarılıb.
Məlumatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti açıqlayıb. Qeyd edilir ki, bu mexanizm ölkə daxilində tikinti fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxslərə geri ödənilməsini əhatə edir.
Layihə istehlakçıların nağdsız ödənişlərə təşviq edilməsi və şəffaflığın artırılması məqsədilə həyata keçirilir və ölkədə vergi geri qaytarma mexanizminin mühüm komponentlərindən biri hesab olunur.