
Azərbaycanda çay istehsalı 6%-dən çox artıb
Fins.az - Azərbaycanda 2026-cı ilin yanvar-fevral aylarında 1 634,6 ton çay istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,1% artım deməkdir.
Martın 1-nə olan məlumata əsasən, ölkədə hazır məhsul ehtiyatları 73 ton təşkil edib ki, bu da illik müqayisədə 39,6% çoxdur.
Hesabat dövründə Azərbaycanda ümumilikdə 937,7 milyon manatlıq qida məhsulları istehsal olunub və bu da ötən illə müqayisədə 11,4% artım göstərir.